Sabirabad Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib
Sabirabad Rayon İcra hakimiyyətində iyulun 11-də baş tutan iclasda Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsində qarşıya qoyulan tapşırıqların icrası müzakirə edilib.
Belə ki, rayonda inklüziv məşğulluğun təmin edilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qruplarının əmək bazarına inteqrasiyasının gücləndirilməsi üzrə tədbirlərin keçirilməsi, həmçinin bu istiqamətdə həssas qrupa aid şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının da diqqət mərkəzində saxlanılması, onların məşğulluğunun təmin olunmasının vacibliyini mövzusunda müzakirələr aparılıb. Eyni zamanda işaxtaran və işsiz vətəndaşların işə düzəlməsi və sosial müdafiəsinin qorunması məqsədilə qanunvericiliyin tələblərinin yerinə yetirilməsi, habelə bu istiqamətdə səylərin artırılması, aidiyyatı qurumların və sahibkarların sıx əməkdaşlığının vacibliyi vurğulanıb.