Sabirabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinə vəsiqələr təqdim olunub
Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında RİH yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Görüşdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova İctimai Şuraların əhəmiyyətini vurğulayaraq qeyd edib ki, yaradılan İctimai Şuraların əsas məqsədi dövlət qurumlarına dəstək olmaq, yerlərdə olan müraciətləri araşdırmaq, problemlərin birgə həlli yolunu tapmaqdır. Dövlət qurumlarının fəaliyyətində məhsuldarlığın, eləcə də şəffaflığın və hesabatlılığın artırılmasında İctimai Şuraların səmərəli ictimai nəzarət mexanizminin gücləndirilməsi mütləqdir. Bu istiqamətdə görüləcək işlərdə Şura üzvlərini fəal olmağa çağıran Ceyran Xəlilova onlara fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra İctimai Şura tərəfindən görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Sonda Sabirabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.