Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Ulacalı kəndində keçirilmişdir
Ulacalı kəndində keçirilən görüş-gəbulda rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar görüş-qəbulda çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 günlük Vətən Müharibəsindəki qələbəmizdən danışmış, işğaldan azad olunmuş torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və rayon ərazisində aparılan abadlıq-quruculuq işləri haqqında məlumat vermişdir.
İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırmışdır.
Qəbulda kənd sakinlərindən Ağaqədir Mirzəyev, Böyükağa Hüseynov, Mübariz Fətəliyev və başqalarının müraciətləri dinlənilmiş və icra başçısı qaldırılan məsələlərin həlli üçün aidiyyatı təşkilatların məsul işçilərinə tapşırıqlarını vermişdir.