Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Sabirabad şəhərində keçirilmişdir

23 avqust 2022 | 12:30

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Sabirabad şəhərinin sakinləri ilə səyyar görüş-qəbul keçirmişdir. Rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin iştirak etdiyi səyyar qəbulda torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Qəbulda çıxış edən RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalinin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. İcra başçısı rayonda aparılan kompleks işlərdən də sakinlərə ətraflı məlumat vermişdir.

Daha sonra sakinlərdən Mətləb İbrəhimov, Oqtay Məhərrəmov, Vilayət Hüseynov və başqalarının səsləndirdikləri müraciət və problemlər dinlənilmiş, digər qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyatı üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.

Keçidlər