Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Qaratəpə kəndində keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonun Qaratəpə kəndində Qaratəpə kənd inzibati ərazi dairəsinə daxil olan Nərimankənd və Qaratəpə kəndlərinin sakinləri ilə səyyar qəbul keçirmişdir.
Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İcra başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyyələrini bir daha vətəndaşlara çatdırmış, rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışmışdır.
Sonra rayon rəhbəri sakinlərdən Şəhla Cəfərova, Tofiq Abdullayev, İsmayıl Şahmurov və başqalarının müraciətlərini dinləmişdir. Onlar yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırmış, kömək göstərilməsini xahiş etmişlər.
Səyyar qəbulda qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilmiş, digərləri isə aidiyyəti təşkilatlara tapşırılmış və icrası nəzarətə götürülmüşdür.