Sabirabad rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Nizami kəndində keçirilmişdir
Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Nizami kəndində Nizami kənd inzibati ərazi dairəsinə daxil olan Nizami, Nəsimi, Rüstəmli, Qardaşkənd, Hacıbəbir və Çöl Dəllək kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Mirzəbaba Babayev, Kazım Cəbrayılov, Cavid Əliyev və başqaları kəndin mövcud problemlərdən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.