Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Muğan Gəncəli kəndində keçirilib

21 iyun 2022 | 14:00

Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Muğan Gəncəli kəndində Muğan Gəncəli kənd inzibati ərazi dairəsini əhatə edən Muğan Gəncəli, Çiçəkli, Cəngan və Salmanlı kəndlərinin sakinləri ilə keçirdiyi səyyar görüş-qəbulda çıxış edərək sakinləri salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Görüş-qəbulda vətəndaşlardan Elşən Cəfərov, Əlsafa Kərimov, Babək Məlikov və başqaları tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər