Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Məmişlər kəndində keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Məmişlər kəndində Qaralar kənd inzibati ərazi dairəsini əhatə edən Qaralar, Məmişlər, Əsədli və Qəfərli kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Səyyar görüşdə RİH başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətininn başçısı S.Cabbarov qəbul iştirakçılarını salamlayaraq, Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edib. O, səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışaraq bildirib ki, belə görüşlər davamlı olacaqdır.
Daha sonra qəbula gələn sakinlərdən Əliheydər Nuriyev, Raqif Tarıverdiyev, Sinə Şıxəliyeva və başqaları dinlənilib, onları narahat edən məsələlərin və problemlərinin həlli yolu araşdırılıb. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.