Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Əhmədabad kəndində keçirilmişdir

07 iyun 2022 | 14:07

Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Əhmədabad kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Şamil Şaxsaddinov, Əfrail Yusifov, Abdulla Eyyubov və başqaları kəndin mövcud problemlərdən danışmışlar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər