Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Çöl Beşdəli kəndində keçirilmişdir

14 iyun 2022 | 15:00

Sabirabad rayon icra hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu ilə yanaşı mövcud problemlərin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə yerlərdə səyyar görüşlər keçirilir.

Çöl Beşdəli kənd tam orta məktəbində keçirilən növbəti görüşdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.

S.Cabbarov Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbəmizin və Zəfərimizdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin məhz dövlətimizin başçısının uğurlu siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulayıb.
Natıq çıxışında bildirib ki, ölkəmizin hər bir bölgəsində, o cümlədən Sabirabad rayonunda geniş tikinti, abadlıq-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, sosial layihələr reallaşdırılır. Dövlətimizin başçısının əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində imzaladığı fərman və sərəncamlar vətəndaşlarımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Səyyar qəbulda sakinlərdən Tofiq Azayev, Nizami İsmayılov, Valeh Azayevin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə icrası ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər