Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Axısxa kəndində keçirilmişdir

06 sentyabr 2022 | 12:46

Axısxa kənd mədəniyyət evində keçirilən səyyar görüş-qəbuldə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, kənd sakinlər iştirak ediblər.

Səyyar görüş-qəbulda çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi tədbirlərdən söz açmış, rayonumuzda son illərdə sosial-infrsatruktur sahələrdə həyata keçirilən və planlaşdırılan layihələr barədə kənd sakinlərinə məlumat vermişdir.

Sonra səyyar qəbulda iştirak edən kənd sakinlərindən Şirvani Ələkbərov, Əlizamin Sadıqov, Etibar Səmədov və başqalarının müraciətləri dinlənilib. Onları narahat edən məsələlərlə bağlı verdikləri suallar cavablandırılıb, bəzi müraciətlərin yerində həll olunması təmin edilib, digər məsələlərin həll edilməsi aidiyyatı təşkilatlara tapşırılıb və icrası nəzarətə götürülüb.

Keçidlər