Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Türkədi kəndində keçirilmişdir

18 oktyabr 2022 | 12:36

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Türkədi kənd tam orta məktəbində Yolçubəyli kənd inzibati ərazi dairəsini əhatə edən Yolçubəyli, Türkədi və Narlıq kəndlərinin sakinlərini qəbul edib.

Səyyar görüş-qəbulda rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri səyyar görüş-qəbulda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə zəfər salnaməsi kimi yazılan Vətən müharibəsində qazanılan şanlı qələbə və eləcə də, əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş dövlət qərarlarından ətraflı söz açıb.

İcra başçısı qəbulda kənd sakinlərindən Nəriman Əzizov, Ərzulla Əliyev, Bəhrəm Səfərov və başqalarını fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara həvalə edilib.

Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər