Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Sabirabad şəhərində keçirilmişdir

23 may 2023 | 14:19

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Heydər Əliyev Mərkəzində Sabirabad şəhər sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon ərazisində Heydər Əliyevin 100 illik yubleyi münasibətilə silsilə tədbirlər davam etdirilir. Həmçinin rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmasını Azərbaycan tarixində əlamətdar hadisə kimi qiymətləndirərək vurğulamışdır ki, Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə birləşdirməklə, sözün əsl mənasında, milli intibah dövrü kimi xarakterizə olunur. Eyni zamanda RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermiş və xüsusilə qeyd etmişdir ki, “Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 may 2023-cü il tarixli Sərəncamının icrası olaraq Sabirabad şəhərinin 4,3 kilometr uzunluğu olan Heydər Əliyev prospektində əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı yenisi ilə əvəzolunması yekunlaşmaq üzrədir.

Səyyar görüş-qəbulda çıxış edən Sabirabad şəhər sakinlərindən Elnarə Məmmədova, Mahir Mikayılov və başqaları şəhərin mövcud problemlərindən danışmışlar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər