Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Əliləmbəyli kəndində keçirilmişdir

10 aprel 2023 | 15:00

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Əliləmbəyli kənd klubunda Əliləmbəyli kənd inzibati ərazi dairəsinə daxil olan Əliləmbəyli və Çöl Ağaməmmədli kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Qəbul başlamazdan öncə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayon sakinləri adından qardaş Türkiyə Respublikasında baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı vermiş, zəlzələ qurbanlarının, eləcə də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Həmçinin RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Sərəslan Salmanov, Yunis Yusifov, Maarif Məmmədov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər