Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Çiçəkli kəndində keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Muğan Gəncəli kənd mədəniyyət evində Muğan Gəncəli kənd inzibati ərazi dairəsinə daxil olan Muğan Gəncəli, Çiçəkli, Cəngan və Salmanlı kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Qəbul başlamazdan öncə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayon sakinləri adından Ermənistanın son təxribatı nəticəsində şəhid olmuş döyüşçülərimizin, həmçinin qardaş Türkiyə Respublikasında baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı vermiş, zəlzələ qurbanlarının, eləcə də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Həmçinin RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Rafiq Abuşov, Emin Vəlişahlı, Güloğlan Qubadov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.