Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Cavad kəndində keçirilmişdir

04 oktyabr 2022 | 13:38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Sabirabad rayonunda vətəndaş qəbulları keçirilir. Rayonun Cavad kəndİndə sakinlərlə keçirilən növbəti qəbulda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Cavad kəndində Cavad kənd inzibati ərazi dairəsinə daxil olan Cavad, Əlicanlı, Həsənli və Zəngənə kənd sakinləri ilə səyyar görüş-qəbulda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək ölkəmizdə aparılan sosial islahatlardan və quruculuq işlərindən ətraflı bəhs edib. Qəbulda rayonun kəndlərində olan problemlərin öyrənildiyini və onların tez bir zamanda həlli istiqamətində proqramların hazırlanacağını vurğulayan RİH başçısı Sabirabadda həyata keçirilən infrastruktur layihələri barəsində də məlumat verib.

Sonra çıxış edən sakinlərdən Kamal Ağayev, Asim İsmayılov, Hakim Burfanov və başqaları bir sıra məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Qəbulda sakinlər tərəfindən qaldırılan bir çox məsələlər yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Keçidlər