Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Türkədi kəndində keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Türkədi kənd tam orta məktəbində Yolçubəyli kənd inzibati ərazi dairəsinə daxil olan Yolçubəyli, Türkədi və Narlıq kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon ərazisində Heydər Əliyevin 100 illik yubleyi münasibətilə silsilə tədbirlər davam etdirilir. Həmçinin rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmasını Azərbaycan tarixində əlamətdar hadisə kimi qiymətləndirərək vurğulamışdır ki, Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə birləşdirməklə, sözün əsl mənasında, milli intibah dövrü kimi xarakterizə olunur. Eyni zamanda RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Raqif Məmmədov, Əbülfəz Qasımov, Fərman Salmanov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.