Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Həşimxanlı kəndində keçirilmişdir

28 sentyabr 2022 | 12:33

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonun Həşimxanlı kəndində Həşimxanlı kənd inzibati ərazi dairəsinə daxil olan Həşimxanlı və Ətcələr kəndlərinin sakinləri ilə səyyar qəbul keçirmişdir.

Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

İcra başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyyələrini bir daha vətəndaşlara çatdırmış, rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışmışdır.

Sonra rayon rəhbəri sakinlərdən Mövsümağa Nuriyev, Elvin Xancanov, Rövşən Ağayev və başqalarının müraciətlərini dinləmişdir. Onlar yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırmış, kömək göstərilməsini xahiş etmişlər.

Səyyar qəbulda qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilmiş, digərləri isə aidiyyəti təşkilatlara tapşırılmış və icrası nəzarətə götürülmüşdür.

Keçidlər