Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Surra kəndində keçirilmişdir

20 sentyabr 2022 | 12:00

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Surra kəndində Surra kənd inzibati ərazi dairəsinə daxil olan Surra, Qaralı və Balvar kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Qəbul başlamazdan öncə şəhidlərimizin, o cümlədən Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları Surra kənd tam orta məktəbində Vətən Müharibəsi şəhidləri Bəxtiyar Mayılov və Firavan Əsgərovun xatirəsinə həsr olunmuş güşələrlə tanış olmuşlar.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov müzəffər ordumuz tərəfindən düşmənə laiqli cavab verildiyini, Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Sabirabadın da igid oğullarının qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə yazdığını, şəhidlərimizin qanının yerdə qalmadığını görüş iştirakçılarının diqqətinə çatdırıb. 

Həmçinin RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Oktay Mehdiyev, Famil Səmidov, Toğrul Ələkbərov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər