Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Qalağayın kəndində keçirilmişdir

22 oktyabr 2024 | 12:25

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Sabirabad rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mütəmadi vətəndaşlarla səyyar görüş-qəbullar keçirilir.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu Qalağayın kənd tam orta məktəbində Qalağayın kənd inzibati ərazi dairəsinə daxil olan Qalağayın və Balakənd kənd sakinləri ilə keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak etmişlər.

RİH başçısı Siraqəddin Cabbarov ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Səyyar görüş-qəbulda çıxış edən Həsrətqulu Həsənov, Raya Ağayeva, Əsgər Mənsimov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər