Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Yaxa Dəllək kəndində keçirilmişdir

09 yanvar 2024 | 12:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Sabirabad rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mütəmadi vətəndaşlarla səyyar görüş-qəbullar keçirilir. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu Yaxa Dəllək kənd tam orta məktəbində Minbaşı kənd inzibati ərazi dairəsinə daxil olan Minbaşı, Qaraağac, Yaxa Dəllək və Beşdəli kənd sakinləri ilə keçirilib. Görüşdə Rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak etmişlər.

Ölkədəki ictimai-siyasi vəziyyət barədə məsələyə toxunan RİH başçısı Siraqəddin Cabbarov 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkilərində hər bir vətəndaşın seçki hüququndan istifadə etməsi üçün lazımi şəraitin mövcudluğundan, habelə vətəndaşların sərbəst və könüllü səsvermə hüququndan istifadə edərək istədikləri namizədə səs vermələrinin önəmindən danışmışdır. Həmçinin ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Rəvan Hüseynov, Elmira Rəsulova, Əfqan Hüseynov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər