Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycanda qadın siyasəti" mövzusunda dəyirmi masa keçirilib

07 mart 2023 | 17:38

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli müvafiq Sərəncamına əsasən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik Yubileyi münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin və Sabirabad Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycanda qadın siyasəti" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə pambıqçı, Sosialist Əməyi Qəhrəmanı,1-ci dərəcəli "Qızıl əmək ordenli", Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Fatma Hüseynova, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışan qadınlar iştirak ediblər.

İlk öncə görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə tədbir iştirakçılarını salamlayıb, qarşıda gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə Birinci xanım, vitse-prezident Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan xanımlarını təbrik edib, xoş arzularını bildirib.

Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət tərəfindən qadın hərəkatına qayğı və dəstək gücləndi. Ümummilli Liderin qadın siyasətinin nəticəsində bu gün beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artmışdır. Bu gün respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Mehriban xanım Əliyeva beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir.

Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova Ulu Öndər Heydər Əliyevin Sabirabad rayonuna etdiyi səfərlər haqqında bəhs etdi, pambıq tarlalarına gəlişini xatırladı, yerli sakinlərin həmin səfərləri və ümumiyyətlə, Ümummilli Liderin xatirəsini daim ehtiramla yad etdiklərini diqqətə çatdırdı. Fatma xanım qeyd etdi ki, Ulu Öndər siyasət nəhəngi, Azərbaycanı dünyaya tanıdan, torpağı sahibinə verən, sahibkarlığa meydan açan, tariximizi, dinimizi bizə qaytaran rəhbər olmuşdur.  Mövzu ətrafında geniş çıxışlar oldu. Dəyirmi masa səmimi söhbət əsnasında davam etdi.

Tədbirin sonunda istedadlı qadınların əl işlərindən ibarət "Bacarıqlı əllər" sərgisinə baxış keçirilib.

Sonda xatirə fotosu çəkdirilib.

Keçidlər