Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsində “Sağlam ətraf mühit üçün çalışaq” mövzusunda maarifləndirici tədbir keçirildi

10 iyul 2024 | 14:10

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sağlam ətraf mühit üçün çalışaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Sabirabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının yanğın hadisələrinin qarşısının alınmasında göstərdikləri şucayətdən, insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması, inkişafın təmin edilməsi, “Sağlam ətraf mühit üçün çalışaq” mövzusu barədə məlumat verdi.

Mövzu ətrafında Sabirabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyyətinin çıxışları dinlənildi.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər