Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir

07 mart 2024 | 14:31

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Sabirabad Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri keçirilmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, YAP Sabirabad rayon təşkilatının üzvləri, ziyalılar və gənclərin nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Daha sonra Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov xanımları təbrik edərək onlara uzun ömür, möhkəm cansağlığı və qadın səadəti arzulamış, şəhid anaları və şəhidlərimizin həyat yoldaşlarına üz tutaraq qeyd etdi ki, 2020-ci ilin Vətən Müharibəsi zamanı biz torpaqlarımızı azad etdik və bu nailiyyətə məhz şəhid anaları  sayəsində nail olduq, çünki o cəsur oğulları analar dünyaya gətirib, böyüdüb və tərbiyyə ediblər. Bildirdi ki, bizim şəhid və qaziləri məhz analar vətənpərvər ruhda böyüdüb. Şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına ən səmimi arzular çatdırdı.

Tədbirdə digər çıxış edənlər Azərbaycan qadınlarının ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq ölkəmizin inkişafının təmin edilməsinə öz töhfələrini verdiklərini, mədəniyyətin, incəsənətin, elmin müxtəlif sahələrində, dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə etdiklərini, rayonun ictimai-siyasi və mədəni həyatında qadınların uğurla fəaliyyət göstərdiklərini qeyd etdilər, qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna rayon İcra Hakimiyyətinin fəxri fərmanı, gül və hədiyyələr təqdim edildi.

Keçidlər