Sabirabad rayonunda 31 Mart - Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib
Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımından 107 il ötür. Ölkəmizin hər yerində olduğu kimi, Sabirabad rayonunda da soyqırım qurbanlarının xatirəsi dərin ehtiramla yad edilmişdir. Bu münasibətlə ayrı-ayrı yerlərdə, müəssisələrdə silsilə tədbirlər keçirilmişdir.
Martın 31-də rayon İcra Hakimiyyətinin məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 31 Mart - Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib. Tədbir iştirakçıları rayonumuzdakı 31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni və Şəhidlər xiyabanını ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Soyqırım qurbanlarının, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətini xüsusi vurğulayıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımıların dəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər barədə geniş məlumat verilmişdir.