Sabirabadda “Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və risk amillərinin aradan qaldırılması naminə sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirilmişdir
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2015-ci il tarixli 1645 nömrəli Sərəncamının icrası üzrə əsas fəaliyyət istiqamətlərində 9.2.1-ci “Qeyri İnfeksion Xəstəliklərin (QİX) risk amillərinə qarşı əhali arasında bərabərlik prinsipinə əsaslanan səmərəli tədbirlərin həyata keçirilməsi” bəndinin icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.
Keçiriləcək tədbirdə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkogolizm, siqaret), QİCS-ə qarşı mübarizənən gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində əhalinin maarifləndirilməsi, gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və erkən nikahların fəsadları barəsində məlumatlandırma mövzuları ətrafında müzakirələr aparılmışdır.