Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Peşə Liseyində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz ekoloji mühit-sağlam həyat” mövzusunda tədbir keçirildi

08 may 2024 | 11:25

08 may 2024-cü il tarixində Sabirabad Peşə Liseyində Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz ekoloji mühit-sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirildi.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması, inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir və onun ilkin vəziyyətinin bərpası barədə məlumat verdi.

Mövzu ətrafında müəllim və tələbələrin çıxışı dinlənildi. Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər