Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad “Hophopnamə” Kitab Mərkəzində İradə Əlili ilə görüş keçirilib

29 may 2024 | 16:48

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə jurnalist, yazar, Prezident təqaüdçüsü, mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili ilə yazıçının 60 illik yubleyi münasibətilə Sabirabad “Hophopnamə” Kitab Mərkəzində oxucuları ilə görüş keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Mil-Muğan Regional Gənclər və İdman İdarəsin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Tədbirin moderatoru Ağalar Ağammədov yazıçının həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib.

Daha sonra görüş haqqında xoş təəsüratlarını bölüşən yazar görüşün təşkili üçün təşkilatçılara təşəkkür edib.

Yazarın öz şeirlərini səsləndirməsini iştirakçılar həvəslə dinləyiblər, eyni zamanda tədbirdə şairənin şeirlərinə bəstələnmiş mahnılar da ifa edilib.

Tədbirdə çıxış edənlər yazıçı ilə bağlı xoş təəssüratlarını bölüşüblər, 60 illik yubleyi münasibətilə yazıçını təbrik edərək gül dəstələri və hədiyyələr təqdim ediblər.

Görüş qonaqlar tərəfindən böyük maraqla qarşılanaraq yüksək əhval-ruhiyyə ilə başa çatıb.

Sonda İradə Əlili ilə xatirə şəkilləri çəkilib.

Keçidlər