Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda tədbir keçirildi

26 aprel 2024 | 13:48

26 aprel 2024-cü il tarixində Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar maarifləndirici tədbir keçirildi.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması, inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir və onun ilkin vəziyyətinin bərpası barədə məlumat verdi.

Mövzu ətrafında müəllim və tələbələrin çıxışı dinlənildi. Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər