Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində “Konstitusiya bizim hüquqi təməlimiz, suverenlik isə milli kimliyimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib
Sabirababad Rayon İcra Hakimiyyəti, Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya bizim hüquqi təməlimiz, suverenlik isə milli kimliyimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin müdiri Kamran Nəsirov, RİHB aparatının məsul işçiləri, müəllim və tələbələr iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq, “Konstitusiya və Suverenlik ili” çərçivəsində aparılan işlər və vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində görülən tədbirlər barədə çıxış etmişdir.
Daha sonra kollecin direktoru Kamran Nəsirov çıxışında Konstitusiyanın bizim hüquqi təməlimiz, suverenliyin isə milli kimliyimiz olduğunu bildirib. O, Konstitusiya dəyərlərini qoruyaraq suverenliyimizi daha da möhkəmləndirməli olduğumuzu diqqətə çatdırıb.
Kollecin tarix müəllimi Səyyad Fərhadov Azərbaycan Konstitusiyasının vətəndaşların gündəlik həyatındakı və ölkəmizin suverenliyinin möhkəmləndirilməsindəki rolundan, vətəndaşların Konstitusiya ilə təsbit edilən hüquq və vəzifələrindən danışıb.
Sonda kollecin tələbəsi Turanə Kərimova isə Konstitusiyanın qəbulu, onun əsas maddələri və hüquqi əsasları haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.






