Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində "İnsan hüquqlarının müdafiəsi" mövzusunda tədbir keçirilmişdir

10 iyun 2025 | 16:55

Sabirabad Rayon İcra Hakimiyyəti, YAP Sabirabad rayon təşkilatı və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "İnsan hüquqlarının müdafiəsi" mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması müstəqil dövlətimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Daha sonra çıxış edənlər, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu kimi seçdiyindən bəhs ediblər.

Keçidlər