Prokurorluq işçilərinin peşə bayramı günü Sabirabadda qeyd olunub
01 oktyabr 2025 | 11:25
1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günü və Azərbaycan prokurorluğunun yaradılmasının 107-ci ildönümü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad rayon Prokurorluğunun əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbər işçiləri Sabirabad şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Bayram tədbirində başda Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev olmaqla, bütün prokurorluq işçilərinin peşə bayramı təbrik edilib, onlara çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulanıb.
Sonda xatirə şəkli çəkilib.






