Şriftin ölçüsü :

Saytın rəngi :

“Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi Sabirabad rayonunda təlim keçirib

22 aprel 2022 | 17:21

21-22 aprel 2022-ci il tarixlərdə "Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Aran bölgəsində əhalinin sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və maarifləndirmə" layihəsi çərçivəsində Sabirabad rayonu Bayrağ Muzeyində tədbir keçirilmişdir.

Tədbirdə Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, “Muğan Düzü” SİİB-in sədri Vidadi Quliyev, layihə rəhbəri, ekspert, rayon QHT rəhbərləri, sahibkarlar və əmək sahələrində çalışan işçilər iştirak etmişdir.

Əvvəlcə vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov rayon haqqında məlumat verərək tədbir iştirakçılarını salamlamışdır.

Sonra təşkilatın sədri Vidadi Quliyev, layihə rəhbəri sözü açaraq layihə haqqında məlumat verdilər. Ekspertlər, könüllülər danışaraq layihənin səmərəli və düzgün təşkil edilməsi, işəgötürənlər, məlumatsız işçilər, iaşə işlərində çalışan işçilər onların gələcəkdə Sosial problemlərlə üzləşmələri ilə əlaqədar (əmək pensiyası, sosial sığorta, tibbi sığorta) və sair imtiyazlardan yararlanmaq üçün "Əmək münasibətlərinin rəsmiləşdirilməməsinin yaratdığı fəsadlar və məsuliyyət barədə məlumatlandırma" haqqında seminarlar keçirildi. Seminarlar keçirilərək rayon sahibkarları, iaşə işçiləri, məlumatsız işçilər maarifləndirildi. Tədbir iştirakçıları həmin layihənin faydalı və davamlı olması ilə bağlı fikirlərini bildirərək bəyəndilər. Tədbirə dəstəy verən dövlətmizə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minətdarlıqlarını bildirdilər.

Keçidlər