Şriftin ölçüsü :

Saytın rəngi :

Mil-Muğan regionunda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda tədbir keçirilmişdir

08 oktyabr 2025 | 14:18

Qadınların məşğulluq imkanlarının genişləndirilməsi və əmək bazarında gender bərabərliyinin təmin olunması, milli qanunvericilikdə bununla bağlı beynəlxalq əmək standartlarına uyğun təkmilləşdirmələrin aparılması üçün Azərbaycan Respublikası Baş nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 6 mart tarixində təsdiq edilmiş “Əmək bazarı” işçi qrupunun “2025-ci il üzrə Fəaliyyət Planı”nın icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin 3 aprel 2025-ci il tarixli 3-17/3-2-62/2025 nömrəli əmri ilə təsdiq edilmiş “İş planı”nın “6. Əməyin ödənişi” bəndin 2-ci hissəsi üzrə kişilərin üstünlük təşkil etdiyi peşə və sənaye sahələrində qadınların məşğulluğunun təşviqi məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda tədbir keçirilmişdir.

Bu tədbirlər çərçivəsində müvafiq regionalarda fəaliyyət göstərən işəgötürənlərlə görüşlər və qurumların müvafiq fəaliyyəti ilə bağlı məlumatların verilməsi nəzərdə tutulmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Aparatınnın Əmək siyasəti şöbəsinin baş məsləhətçisi Fəridə Hacıyeva, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan regional şöbəsinin rəisi Şahin Əzizov, Mil-Muğan Regional Məşğulluq filialının müdir müavini Ruslan Məmmədli, müvafiq regionalrda fəaliyyət göstərən işəgötürənlər iştirak etmişdir.

Tədbirdə qeyd edilib ki, dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. Hazırda dünyanın bir çox ölkələrinin qanunvericiliklərində qadın əməyi qadağan olunan peşə (vəzifə) və iş yerləri yoxdur. Qadınların məşğulluq və daha yüksək əmək haqqı almaq imkanlarının artırılması məqsədilə mütəmadi islahatlar aparılır.

Ölkəmizdə də bu məqsədlə Əmək Məcəlləsinin bəzi maddələrinə  dəyişiklik edilməsi, qadın əməyinin tətbiqi qadağan olunan iş yerlərinin sayının ciddi şəkildə azaldılmaqla, beynəlxalq standartlara uyğunlaşdırılması üçün qanunvericilik layihələri hazırlanıb.

Tədbirdə yeni layihələr təqdim olunub, müzakirələr aparılıb.

Keçidlər