Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverinlik İli” çərçivəsində Sabirabadın mərkəzi küçələrindən birinə şəhid Nurlan Zeynalovun adı verilib

09 noyabr 2025 | 15:00

 

09 noyabr 2025-ci il tarixdə Nurlan Zeynalovun anım günündə “Konstitusiya və Suverinlik İli” çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyətinin 23 oktyabr 2025-ci il tarixli, 110 №-li Sərəncamına əsasən Sabirabad şəhərinin H.Əliyev prospektindən (rayon Məhkəməsinin yanı) Qurban Namazəliyev küçəsinin kəsişməsinə qədər olan əraziyə şəhid Zeynalov Nurlan Rəfail oğlunun adı verilib.

Açılış mərasimdə şəhidin ailə üzvləri, rayon rəsmiləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər dövlətin şəhid ailələri və qazilərə göstərdiyi diqqətdən danışıb, şəhid Nurlan Zeynalovun döyüş yolundan, Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs ediblər.

Şəhidin atası Rafail Zeynalov təşəbbüskarlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib, Nurlan Zeynalovun vətənə, millətə olan sevgisindən danışıb. Daha sonra Qalağayın kəndində şəhidin məzarı ziyarət olunub.

Qeyd edək ki, Nurlan Zeynalov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Rəşadət ordeni və “Vətən uğrunda”, "İgidliyə görə”, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər