“Konstitusiya və Suverenlik İli” ilə bağlı Sabirabad rayonunda müxtəlif ölçülərdə poster və bannerlər yerləşdirilmişdir
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələdir. Bu il ərzində Sabirabad rayonunda müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulub və görüləcək işlərlə bağlı tədbirlər planı tərtib olunmuş və artıq tədbirlərin icrasına başlanılmışdır.
Tədbirlər planına uyğun olaraq “Konstitusiya və Suverenlik İli” ilə bağlı Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun Sabirabad rayonun Bulaqlı kəndindən keçən hissəsində müxtəlif ölçülərdə müvafiq poster və bannerlər yerləşdirilmişdir.
Eyni zamanda rayon ərazisində rəqəmli bilbordlarda və monitorlarda müvafiq videoçarxlar nümayiş etdirilir.