"Konstitusiya və Suverenlik İli" çərçivəsində Sabirabadda sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı əsasında "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar Sabirabad Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib.
Yarışın rəsmi hissəsində əvvəlcə Dövlət Himni səslənib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış mərasimində çıxış edən Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis əvəzi Elçin Qiyasov, Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov və digər qonaqlar idmançıları salamlayaraq onlara uğurlar arzulayıb və yarışın mahiyyəti haqqında məlumat xarakterli çıxışlar ediblər.
Ümumilikdə 12 şəhər və rayon daxil olmaqla, Bakı şəhərindən 3 klubun iştirakı ilə 250 idmançı döşək üzərində öz qüvvəsini sınayıblar.
Birinciliyin keçirilməsində əsas məqsəd “Konstitusiya və Suverenlik İli"nin qeyd edilməsi, idmançıların sağlam ruhda böyüməsinə şərait yaratmaqdan ibarət olub.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar diplom və medallarla mükafatlandırılıb.