Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Sabirabadda kitab sərgisi keçirilib

12 may 2025 | 12:32

Mayın 12-də Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Sabirabad Rayon Mərkəzi Kitabxanası Sisteminin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzinin qarşısında “Konstitusiya və Suverenlik İli” çərçivəsində açıq kitabxana formatında kitab sərgisi təşkil olunub.

Sərgidə Konstitusiya, dövlətçilik, hüquqi islahatlar və suverenlik mövzusunda kitablar və nəşrlər nümayiş edilib.

Kitab sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb və bir sıra oxucular hüquqi və tarixi mövzularda kitablara abunə yazılıblar.

Keçidlər