Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Sabirabadda hüquq və vəzifələrlə bağlı maarifləndirici tədbir keçirilib

17 aprel 2025 | 17:20

Sabirabad Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi və 1 saylı Sabirabad Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə 17 aprel 2025-ci il tarixində Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta məktəbində ekspert, müəllim, valideyn və şagirdlərin iştirakı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində hüquq və vəzifələrlə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edənlər “Konstitusiya və Suverenlik İli”nin keçirilməsinin məqsədi və əhəmiyyəti barədə danışıb, iştirakçılara Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqları, eləcə də vəzifələrlə bağlı məlumat veriblər.

Tədbirdə “Ailədə uşaqların hüquqları” adlı təqdimat nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər