“Konstitusiya və Suverenlik İli” çərçivəsində Sabirabad rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü qeyd olunub
Sabirabad Rayon İcra Hakimiyyəti və YAP Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Sabirabad rayon Təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının yaranmasının 33 illiyi münasibətilə geniş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmovun çıxışı ilə açılıb. Partiya sədri, Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında tutduğu mühüm mövqeyi, Heydər Əliyev siyasi irsinin və dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Daha sonra Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, partiya veteranı Məhərrəm Məhərrəmov və Bəylər Heydərov çıxış edərək YAP-ın 33 illik fəaliyyəti, ölkənin inkişafına verdiyi töhfələr və Sabirabadda həyata keçirilən layihələr barədə fikirlərini bildiriblər.
Tədbirdə çıxış edən partiya könüllüsü Fatimə Bəylərova isə YAP-ın gənclərə göstərdiyi dəstəkdən, könüllülərin partiya fəaliyyətində fəal rol almasından danışıb.
Tədbirin sonunda bir sıra partiya fəallarına fəxri fərmanlar təqdim edilib, həmçinin partiya sıralarına yeni qəbul olan şəxslərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
Sonda tədbir iştirakçıları birlik və həmrəyliyin rəmzi olaraq xatirə şəkli çəkdiriblər.






