Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Sabirabadda vətəndaşları qəbul edib

29 fevral 2024 | 16:54

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak, vergi və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

Keçidlər