Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ideyaları ilə yetişən nəsil” mövzusunda dəyirmi masa

09 fevral 2023 | 13:24

Gənc nəslin formalaşmasına Heydər Əliyev ideyalarının təsir etməsi nəticəsində onların daha böyük vətənpərvərlik hisslərinə malik olması, dövlətçilik məfkurəsi gənclərdə özünü daha aydın şəkildə göstərməsi məqsədilə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə N.Nərimanov adına şəhər 2 saylı Beynəlmiləl Təbiət və Texniki təmayüllü məktəb-liseyində IX sinif şagirdlərinə "Heydər Əliyev ideyaları ilə yetişən nəsil" mövzusunda tarix dərsi keçirilib.

Heydər Əliyev Mərkəzinin əməkdaşı Səlmi Mehtiyeva qeyd edib ki, bizim gənclərimiz dövlətə sadiq vətəndaşlar kimi Heydər Əliyev ideyalarını da öyrənməklə özlərinin vətəndaş mövqeyini ifadə edə bilirlər.

Azərbaycan vətəndaşının Azərbaycan hakimiyyətinə, Heydər Əliyevin ideyalarına böyük inamı formalaşıb.

Gənclərimizin Heydər Əliyev ideyalarını mənimsəməsi, Azərbaycanın müasir tarixini öyrənməsi gələcəyimizin etibarlı olmasına zəmin yaradır.

Keçidlər