Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Sabirabadda maarifləndirici tədbir keçirilmişdir

04 dekabr 2023 | 14:44

YAP Sabirabad rayon təşkilatının inzibati binasında “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bildirmişdir ki, BMT Baş Məclisinin 1999-cu ildə elan etdiyi 25 noyabr - Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günündən başlanılan və 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam etdirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının əsas məqsədi qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılmasıdır. Zorakılığın qurbanı bu gün tanımadığımız biri ola bilər, ya da sabah bizim qohumumuz ola bilər. Biz zorakılığa göz yumduqca zorakılıq inkişaf edir. Qadınlara qarşı zorakılıq, dilindən, dinindən, irqindən, sinfindən, etnik mənsubiyyətindən, məzhəbindən, cinsindən asılı olmayaraq bütün cəmiyyətlərin ortaq problemidir.

Tədbirdə digər çıxış edənlər məişət zorakılığının və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün cəmiyyəti əhatə etməsindən və bu sahədə həssas yanaşmasından bəhs ediblər.

Sonda iştirakçıların müzakirələri ilə yekunlaşıb, hər bir iştirakçıya bukletlər və köynəklər təqdim edilib.

Keçidlər