Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Sabirabadda müşavirə keçirilib

27 noyabr 2024 | 12:25

27 noyabr 2024-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyinin 2024-cü il üçün Əsas Tədbirlər planına uyğun olaraq Sabirabad Rayon İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin və Muğan Regional Mərkəzin əməkdaşlarının iştirakı ilə mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələrlə bağlı metodiki görüş keçirilib.

Tədbirdə rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib. Daha sonra çıxış edən natiqlər mülki müdafiə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər. Həmçinin Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilən monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Keçidlər