Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Sabirabad rayonunda vətəndaşları qəbul edib
11 noyabr 2022 | 17:30
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Sabirabad Heydər Əliyev Mərkəzində Sabirabad rayon sakinlərini qəbul edib.
Müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub. V.Nəsirli onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının nazirlik üçün əsas fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.