Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Sabirabad rayonunda vətəndaşları qəbul edib
28 aprel 2023 | 19:00
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Sabirabad Heydər Əliyev Mərkəzində Sabirabad rayon sakinlərini qəbul edib.
Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub. H.Abdullayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.