Şriftin ölçüsü :

Saytın rəngi :

Elm və təhsil naziri Emin Əmrullayev Sabirabadda vətəndaşları qəbul edib

21 aprel 2025 | 17:31

Aprelin 21-də Elm və təhsil naziri Emin Əmrullayev Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Sabirabad şəhərinin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 

Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, sertifikatlaşdırma, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Keçidlər