Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Sabirabad rayonunda vətəndaşların qəbulunu keçirmişdir

19 yanvar 2024 | 15:52

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov regionlarda vətəndaş qəbulunu davam etdirir.

DSMF sədri bu dəfə Sabirabad Heydər Əliyev Mərkəzində Saatlı və Sabirabad sakinlərini qəbul edib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib. 

Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub.

Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

Keçidlər