Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Sabirabad şəhərində vətəndaşları qəbul edib

23 sentyabr 2022 | 14:20

Sabirabad şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi ehtiramla yad edilib.

Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində müzakirə edilərək həlli yolları izah olunub, digərlərinin isə araşdırılaraq həll edilməsi üçün aidiyyatı üzrə yönləndirilib.

Keçidlər