Dövlət Qulluqçularının Peşə Bayramı Sabirabadda qeyd edilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Qulluqçularının Peşə Bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar.
Tədbiri giriş sözü ilə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə iştirakçıları təbrik etmiş, onlara işlərində uğurlar, şəxsi həyatlarında xoşbəxtlik, səadət, cansağlığı arzulamışdır.
Rayon rəhbəri çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə hər il iyunun 23-ü Dövlət Qulluqçularının Peşə Bayramı günü kimi qeyd olunur. Rayonda çalışan dövlət qulluqçuları dövlətçiliyin daha da möhkəmləndirilməsi, rayonun sosial-iqtisadi inkişafı sahəsində üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bundan sonra da öz bilik və bacarıqlarını sərf edəcəklər.
Siraqəddin Cabbarov çıxışında həmçinin qeyd etmişdir ki, hər il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslər təltif edilir. Rayonumuzdan da təltif olunanların sayı getdikcə artır. Ölkə Prezidentinin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cavadov Cavid Ərzuman oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Bu munasibətlə onu ürəkdən təbrik etmiş, cansağlığı, işlərində daha böyük uğurlar arzulamışdır.
Cavid Cavadov çıxış edərək göstərilən diqqət və qayğıya, etimada görə ölkə rəhbərinə təşəkkürünü bildirmiş, bundan sonra da daha əzimlə çalışacağına söz vermişdir.
Tədbirdə çıxış edən digər dövlət qulluçuları dövlət qulluğu sahəsində islahatların aparılmasının, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılmasının möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daima diqqətində olduğunu vurğulayıb, səmərəli fəaliyyət üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






